Gürcüstan millisinin və "Rubin"in yarımmüdafiəçisi Xviça Kvaratsxeliya Avropa nəhənglərinin diqqət mərkəzindədir.
Offsideplus.az "Tuttomercato"ya istinadla xəbər verir ki, İtaliya klubları 20 yaşlı yarımmüdafiəçi üçün növbəyə düzülüb. Konkretləşdirsək, "Milan", "Yuventus" və "Napoli" atası vaxtilə millimizdə çıxış etmiş Xviçanı heyətində görmək istəyir. Lakin aralarında ən istəkli görünəni "Milan"dır. Belə ki, "rossyonerlər" futbolçunun agentini İtaliyaya dəvət edib. Odur ki, menecer yaxın günlərdə Milana səfər edəcək.
Xatırlayırsınızsa, bir neçə gün öncə Kvaratsxeliya ilə "Bavariya" və Dortmund "Borussiya"sının maraqlandığı haqda xəbərlər yayılmışdı.
Qeyd edək ki, solaxay istedad cari mövsümdə Rusiya Premyer Liqasında meydana çıxdığı 20 oyunda 3 qol vurub, 8 məhsuldar ötürmə verib.