Rusiya Premyer Liqasında eyni gündə iki böyükhesablı məğlubiyyət baş məşqçilərin istefasına səbəb olub.
Offsideplus.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Murad Musayev "Krasnodar", Rəşid Rəhimov isə "Ufa" ilə yollarını ayırıb. Belə ki, 24-cü turda "Krasnodar" 0:5 hesabı ilə "Axmat"a, "Ufa" isə 0:4 hesabı ilə Moskva "Dinamo"suna uduzub.
Musayevi bir müddət öncə MOİK-i tərk etmiş Viktor Qonçarenkonun əvəzləyəcəyi gözlənilir. "Ufa" isə mövsümdə 3-cü baş məşqçisinin axtarışındadır.