"Qəbələ" klubunun keçmiş baş məşqçisi Yuri Syomin "Lokomotiv"lə müqavilənin müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, 70 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Y.Syomin 2016-cı ildən Rusiya təmsilçisini çalışdırır.
Xatırladaq ki, Yuri Syomin 2013/2014 mövsümündə "Qəbələ"ni çalışdırıb. O, komandaya Azərbaycan Premyer Liqasında ilk dəfə bürünc medallar qazandırıb.(qol.az)