Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko ÇSKA-nı tərk etməyəcək.

Offsideplus.az xəbər verir ki, bu haqda Moskva klubunun saytında məlumat yer alıb. Bildirilib ki, baş məşqçi Viktor Qonçarenkonun istefaya göndərilməsinə baxmayaraq, məşqçilər heyətinin digər üzvləri ilə əməkdaşlıq davam etdiriləcək.

Qeyd edək ki, Dmitri Kramarenko yanvarda ÇSKA ilə bu mövsümün sonunadək müqavilə imzalayıb.