Azərbaycanın qadınlardan ibarət milli komandasının üzvü Sevinc Cəfərzadə "Krasnodar" klubuna keçid edib.
Offsideplus.az xəbər verir ki, Rusiya təmsilçisi 27 yaşlı hücumçunu azad agent kimi heyətinə qatıb. "Krasnodar" Cəfərzadə ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Sevinc Cəfərzadə əvvəllər "Lənkəran", "Fidan", "Zaqatala", Almaniyanın "Gerenberq", BƏƏ-nin "Abu-Dabi", Rusiyanın "Donçanka" və Rusiyanın "Yenisey" klublarının şərəfini qoruyub.