Cenk Tosun karyerasını Rusiyada davam etdirəcək.
Offsideplus.az "Eurosport"a istinadla xəbər verir ki, Moskva ÇSKA-sı Türkiyə millisinin üzvü ilə güclənməkdə israrlıdır. Artıq transfer məsələsi ilə bağlı "hərbçilər"lə Cenkin məxsus olduğu "Everton" arasında danışıqlara start verilib. ÇSKA 29 yaşlı futbolçunu transfer etməkdə maraqlı olsa da, danışıqların yekunu icarə anlaşması ilə başa çata bilər.
Qeyd edək ki, Tosun 2018-in yanvarında 10,5 milyon avro qarşılığında "Beşiktaş"dan "Everton"a transfer olunmuşdu. Bu müddətdə yeni komandasında aparıcı simaya çevrilə bilməyib.