Dmitri Kramarenko Rusiyanın MOİK komandasında məşqçi vəzifəsinə təyin olunub.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis komandanın qapıçılarına məşqçilik edəcək. Kramarenko bu gün kollektivlə birgə  İspaniyanın Kampoamor kəndinə təlim-məşq toplanışına yollanıb.

Qeyd edək ki, Dmitri Kramarenko 2002-2003-cü illərdə MOİK-in formasını geyinib. 2020-ci ildən etibarən Azərbaycan millisində qapıçılara məşqçilik edən Kramarenko "Neftçi", "Karvan", "Xəzər Lənkəran", "İnter" və "Simurq"dan əlavə, Azərbaycan millisinin də formasını geyinib.