Rusiya klubu "Rostov" "Qalatsaray"ın futbolçusu Radamel Falkao ilə mesajlaşması gündəm olub.

 Offsideplus.az xəbər verir ki, bir neçə gün öncə bənzər paylaşımı "Spartak" klubu Lionel Messi ilə mesajlaşaraq etmişdi. Bu dəfə "Rostov" klubu eyni zarafatı "Qalatasaray"ın oyunçusu ilə təkrarlayıb. Radamal Falkaoya "Salam!", - deyə müraciət edən Rusiya təmsilçisinə belə cavab gəlib: "Yox, gəlməyəcəm".

Xatırladaq ki, "Spartak" Lionel Messiyə "Salam, Leo", - deyə müraciət etmiş, 33 yaşlı hücumçu isə "Yox", - deyə cavab vermişdi.