Rusiya klubu "Spartak"ın Lionel Messi paylaşımı sosial şəbəkələrdə gündəm mövzusuna çevrilib.

Offsideplus.az xəbər verir ki, cari mövsümün sonunda "Barselona" ilə müqaviləsi başa çatan Messi klublarla müzakirələr aparmaqda sərbəstdir. Moskva təmsilçisi "Spartak" rəsmi "tvitter" hesabında zarafat məqsədli paylaşım edib. Paylaşımda Lionel Messiyə "Salam, Leo", - deyə müraciət edən kluba, 33 yaşlı hücumçu "Yox" deyə cavab verib.

Bunun ardından minlərlə bəyənmə alan foto Rusiya futbolunda ən çox diqqət çəkən paylaşımlardan biri olub.