İngiltərə "Liverpul"unun sabiq baş məşqçisi Rafael Benites Domeniko Tedesko ilə yollarını ayırmağa hazırlaşan Rusiyanın "Spartak" (Moskva) komandasının sükanı arxasına keçə bilər.

Offsideplus.az xəbər verir ki, italiyalı jurnalist Nikolo Skira Moskva təmsilçisinin ispaniyalı mütəxəssislə yanaşı, "Monako"ya rəhbərlik edən Leonardu Jardimin də namizədliyini nəzərdən keçirir.

Qeyd edək ki, Rafael Benites hazırda Çinin "Dalyan Lifan" komandasının baş məşqçisidir. O, daha əvvəl "Liverpul"dan başqa, İspaniyanın "Real Madrid" və İngiltərənin "Çelsi" klublarına da rəhbərlik edib.