Futbol üzrə Rusiya Premyer Liqasında 19-cu turunda Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb.

Offsideplus.az xəbər verir ki,  Əliyevin komandası doğma meydanda Moskva “Lokomotiv”i ilə qarşılaşmadan qələbə ilə ayrılıb - 3:2.
Kamran bu matçda ehtiyatda qalıb. 
Qeyd edək ki, 19 turdan sonra 25 xalı olan “Ximki” 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.