"Spartak" futbolçusunu 6 milyon avroya satmağa hazırlaşır.
Offsideplus.az "Esporte News Mundo"ya istinadən xəbər verir ki, Pedro Roşa Rusiya klubuna məxsus olmasına baxmayaraq, icarə əsasında "Flamenqo"da çıxış edən braziliyalı vətənində qalmağa yaxındır. İş burasındadır ki, "Flamenqo" adıçəkilən futbolçunun sahibinə çevrilmək niyyətindədir. Bununla bağlı "Spartak"a müraciət ünvanlanıb, ruslar da 6 milyon avroluq şərtlərini bildiriblər.
Bu ilin yanvarından "Flamenqo"nun sıralarında olan Roşanın icarə müqaviləsi dekabrın 31-nə qədərdir.