"Rostov" gözünü Norveç millisinin üzvünə dikib.
Offsideplus.az ""RB-Sport"a istinadən xəbər verir ki, Rusiya təmsilçisi hazırda azad agent statusuna sahib Haytam Aleysami ilə bütün şərtlərdə razılaşıb. Fransa "Amyen"indən ayrılandan sonra işsiz qalan sol cinah müdafiəçisi Rusiya elitasında oynamağa qarşı deyil. Müqavilənin maliyyə şərtləri haqda məlumat verilmir.
Vaxtilə "Göteborq"la "Palermo"nun da şərəfini qoruyan Aleysami Norveç millisində keçirdiyi 31 matçda 2 qola imza atıb.