“Liverpul”un futbolçusu Deyan Lovren karyerasını “Zenit”də davam etdirəcək.

Offsideplus.az Rusiya klubunun saytına istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi 31 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb.

Image

Xorvatiyalı futbolçu 2014-cü ildə “Sauthempton”dan “Liverpul”a keçmişdi.

Qeyd edək ki, Lovren başa çatan mövsüm Premyer Liqada 10 oyun keçirib.