Rusiya Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

 
Offsideplus.az xəbər verir ki, həmyerlimiz Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.
 
Sözügedən komanda səfərdə “Rostov”la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan əzmkar qələbə ilə ayrılıb - 2:1.
 
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Əliyev 85-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.