"Rostov"un 6 futbolçusu koronavirusa yoluxduğundan "Soçi" ilə meydana U17 komandasının üzvləri çıxıblar.
Offsideplus.az xəbər verir ki, qarşılaşma oyunun ləğvinə razı olmayan "Soçi"nin 10-1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Rostov"un qapıçısı Sergey Pesyakovun xanımı Kseniya orta barmağını göstərdiyi fotonu paylaşaraq "qalibləri təbrik edirik" yazıb. Klubun "Rostov"un baş məşqçisi Valeri Karpinin xanımı Darya və Aleksey İonovun həyat yoldaşı Yana da bu aksiyaya qoşulub.