Dünyanın ali futbol qurumu FİFA Rusiyanın “Rubin” klubunu cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, qurum Kazan təmsilçisinə transfer qadağası qoyub.
Buna səbəb, “Rubin”in 2018-ci ildə Sloveniyanın “Olimpiya” klubundan heyətinə qatdığı Filip Uremoviçin transfer məbləğini Lyublyana təmsilçisinin hesabına gec köçürdüyü üçün yaranan cəriməni ödəməməsidir.