Ayaz Quliyev mövsümün sonunda klubunu dəyişəcək.
Offsideplus.az xəbər verir ki, "Spartak"ın üzvü yenidən köhnə komandası "Rostov"a qayıdacaq.
Bu barədə məlumatı Rusiya mətbuatı yayıb. "Rostov" rəhbərliyinin 24 yaşlı azərbaycanlı futbolçunu yenidən komandaya qaytarmağın yollarını axtarır.
Qeyd edək ki, Ayaz Quliyev bu mövsüm komandasının heyətində 15 qarşılaşmada çıxış edib.