Rusiyalı məşhur şərhçi Vasili Utkin “Spartak”da çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyevi sərt tənqid edib. 

Offsideplus.az xəbər verir ki, o, futbolçu məşq vaxtı fiziki hazırlıq üzrə məşqçi Vladimir Çipzanoviçlə münaqişəyə girdiyi üçün əvəzedici komandaya göndərilməsinə münasibət bildirib:

"Mənə deyirlər ki, Ayaz həmişə işçilərlə kobud rəftar edir. Belə insanlar var. Bəzən bu xasiyyət yaşla keçsə də, bu, Ayaza aid deyil. Onun piyadaya hücumu Kokorin/Mamayev hadisəsinin fonunda baş vermişdi. Həmin vaxt Quliyev həbsxananın bir neçə addımlığından keçdi. Bu da ona dərs olmadı. Quliyev yetkin insandır. Ləyaqətli cəmiyyətdə yaşamağı bacarmalıdır. Klub ona 2 dəfə pul xərcləyib.Yetişdirib və sonra satdığı komandadan geri alıb. Komanda 5 yaşından bəri hazırladığı adamı tanıya bilmirsə, akademiyadakılar nə işlə məşğul olurlar? Oyunçu seçimləri ilə məşğul olun. Beyinləri adət-ənənələrlə doldurmayın. Burada ağıl lazımdır".