"Spartak"ın futbolçusu Ayaz Quliyev "Spartak-2"yə göndərilib.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, buna səbəb 23 yaşlı yarımmüdafiəçinin intizam qaydasını pozması olub. Azərbaycanlı futbolçu "Spartak"ın məşqçi qərargahının üzvləri ilə nəzakətsiz danışıb.
Onun əvəzinə əsas komanda ilə Konstantin Şilçovun məşq edəcəyi bildirilb.
Qeyd edək ki, A.Quliyev bu mövsüm Rusiya Premyer Liqasında 11 matçda oynayıb.