Rusiyanın “Krasnodar” klubu futbolçusu Manuel Fernandesin müqaviləsinin müddətini artırıb.

Offsideplus.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçiylə iki aylıq – müddəti iyulun 31-nə qədər olan sözləşmə imzalanıb.
Qeyd edək ki, Fernandesin əvvəlki müqaviləsi mayın 31-nə qədər idi.