Rusiyanın “Ufa” klubu Kiprdəki təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Azər Əliyevin formasını geyindiyi Başqırdıstan təmsilçisi Ermənistanın “Ararat” klubuyla qarşılaşıb.

Görüş “Ufa”nın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Azər Əliyev də bu oyunun iştirakçısı olub. Start "11-lik"də meydana çıxan yarımmüdafiəçi 71-ci dəqiqədə əvəzlənib.