Rusiyanın "Ufa" futbol klubunun təcili iclasında qrip epidemiyası ilə əlaqədar yeni qayda tətbiq olunub.

Offsideplus.az-ın "Pro Sport Story"ya istinadən verdiyi məlumata görə, baş məşqçi Vadim Yevseyev komandada yayıla biləcək xəstəliyin qarşısını almaq üçün futbolçuların bir-biri ilə əllə salamlaşmasını qadağan edib.

"Ufa" klubunun heyətində iki azərbaycanlı futbolçu - Azər Əliyev və Turqay Möhbaliyev də çıxış edir.

Hazırda bir neçə futbolçusu məzuniyyətdə olan komanda Kiprdə təlim-məşq toplanışı keçir. Komandanın qış fasiləsindən sonra ilk oyunu səfərdə "Krasnodar"a qarşı olacaq. Hələlik qrip epidemiyası ilə əlaqədar martın 1-də keçirilməli olan həmin görüşün təxirə salınmaq ehtimalı müzakirə edilmir.

Qeyd edək ki,  "Ufa" Rusiya Premyer Liqasında geridə qalan 19 turdan sonra 25 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.