Rusiya Premyer Liqasında XIX turun görüşləri keçirilir. 

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” turu səfərdə keçirib. Sözügedən komanda Qroznıda “Axmat”la üz-üzə gəlib.

Həmyerlimiz görüşə start heyətində başlayıb və sona qədər meydanda olub. Həmyerlimizin 10-cu dəqiqədə vurduğu qol komandasına qələbə qazandırmaqla yanaşı, özünün də oyunun ən yaxşı seçilməsinə səbəb olub.

Qeyd edək ki, 19 oyundan sonra aktivində 25 xal olan “Ufa” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.