Rusiya Premyer Liqasında 18-ci turun oyunları azərbaycanlı futbolçular üçün uğurlu olub.

Offsideplus.az xəbər verir ki,  Azər Əliyevlə Turqay Möhbalıyevin şərəfini qoruduğu “Ufa” səfərdə “Krılya Sovetov” üzərində minimal hesablı qələbə qazanıb - 1:0.

Başqırdıstan təmsilçisinə qələbə gətirən qolun ötürməsini Azər Əliyev verib. 90 dəqiqə meydanda olan Əliyev matçın ən yaxşı futbolçusu seçilib. Möhbalıyev isə oyunda iştirak etməyib.

 “Ufa” 18 turdan sonra 6-cı pillədə qərarlaşıb. Komandanın hesabında 22 xal var.