Rusiya Premyer Liqasında 16-cı turun görüşləri keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Moskva "Dinamo"su səfərdə "Rubin"lə qarşılaşıb və qələbə qazanıb - 1:0.

Şeydayev 73-cü dəqiqədə komandası 1:0 hesabı ilə öndə olarkən meydana daxil olub.

"Dinamo" hazırda 18 xalla 11-ci pillədə qərarlaşıb.