Moskva “Spartak”ında forma geyinən azərbaycanlı futbolçu Ayaz Quliyev qış fasiləsində komandasını dəyişə bilər.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi “Krasnodar”ın diqqət mərkəzinə düşüb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. “Krasnodar”ın artıq “Spartak”la danışıqlara başladığı bildirilir.
Ötən mövsüm “Rostov”dan “Spartak”a keçən Ayaz, bu mövsüm Moskva klubunda 14 oyun keçirib.