Yığmamızın hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Dinamo” Rusiya Premyer Liqasında növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, komanda 8-ci turda səfərdə "Krılya Sovetov"la qarşılaşıb. Matç qolsuz bərabərliklə başlayıb - 0:0.
R.Şeydayev sabiq klubuna qarşı görüşdə iştirak etməyib. O, səfər oyununu ehtiyat oyunçular siyahısından izləyib.
23 yaşlı futbolçu bundan əvvəlki turda "Tombov"la matçda da ehtiyatda qalmışdı.
Qeyd edək ki, "Dinamo" 9 xalla 11-ci , "Krılya Sovetov" isə 7 xalla 12-ci pillədə qərarlaşıb.