Rusiya Premyer Liqasında 3-cü turun oyunlarına start verilib.
Offsideplus.az xəbər verir ki, turun açılış oyununda millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Dinamo" doğma meydanda "Ural"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
Millimizin hücumçusu start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. Ramil 31-ci dəqiqədə Pançenkonun vurduğu qolun ötürməsini verib.