Rusiya Premyer Liqasında 2-ci turun görüşləri keçirilir. 

Offsidpelus.az xəbər verir ki, yığmamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi Moskva “Dinamo”su öz meydanında “Rubin”i qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:0.

Mövsümün ilk turunda start heyətdə yer alan Şeydayev bu dəfə matçın 46-cı dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, "Dinamo" 1 xalla 11-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 6 xalla "Ural" başçılıq edir.