Yığmamızın üzvü Ramil Şeydayev yeni klubu Moskva "Dinamo"unda rəsmi debüt oyununa çıxıb. 

Offsideplus.az xəbər verir ki, 23 yaşlı hücumçu Rusiya Premyer Liqasının birinci turunda Tula "Arsenal"ı ilə görüşdə start heyətdə meydana çıxıb və 88-ci dəqiqədə Vyaçeslav Qrulevlə əvəzlənib. Matç 1:1 hesabı ilə başa çatıb.