Mövsümün sonunda "Krılya Sovetov"la müqaviləsi başa çatan Ramil Şeydayevin Moskva "Dinamo"suna keçidi rəsmilləşib. 

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisində tibbi müayinədən uğurla keçən millimizin üzvü ilə bu gün 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ramil ötən ilin avqust yayından "Krılya Sovetov"da çıxış edirdi. 23 yaşlı hücumçu ötən mövsüm Rusiya Premyer Liqasında 18 oyuna çıxıb və 4 qol vurub.