“Spartak”ın azərbaycanlı futbolçusu Ayaz Quliyev bir neçə gün əvvəl küçədə burnunu qırdığı amerikalı turistə kompensasiya ödəyib.
Offsideplus.az xəbər verir ki, Quliyev 29 yaşlı Maykl Kou Con Eliyə 155 min rubl (təqribən 2.5 min dollar) ödəyib. Lakin zərərçəkənin bu məbləğin onu qane etmədiyini bildirdiyi və futbolçudan daha artıq pul tələb qeyd olunub.
Xatırladaq ki, baş verən hadisəyə görə “Spartak” Ayazı 5 milyon rubl (təqribən 77 min dollar) cərimələmiş, özünü isə ikinci komandaya yollamışdı.(qol.az)