Yığmamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Krılya Sovetov” Rusiya Premyer Liqasında növbəti oyununa çıxıb. 

Offsideplus.az xəbər verir ki, komanda 22-ci turda səfərdə "Krasnodar"la qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Şeydayev bu görüşdə 87-ci dəqiqədə meydana daxil olub. Rusiya Premyer Liqasında son 5 matçın 4-də qol vuran millimizin hücumçusu bu dəfə fərqlənə bilməyib.

Qeyd edək ki, “Krılya Sovetov” hazırda 24 xalla 11-ci pillədə qərarlaşıb.