Millimizin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Krılya Sovetov” Rusiya Premyer Liqasında növbəti matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, komanda 21-ci turda doğma meydanda Tula "Arsenal"ı ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Şeydayev bu görüşdə 73-cü dəqiqədə meydana daxil olub. Ardıcıl üç matçda Rusiya Premyer Liqasında qol vuran millimizin hücumçusu bu dəfə fərqlənə bilməyib.
Qeyd edək ki, “Krılya Sovetov” hazırda 24 xalla 11-ci pillədə qərarlaşıb.