Yığma komandamızın üzvü Ramil Şeydayev Rusiya Premyer Liqasında 3-cü qolunu vurub.
Offsideplus.az xəbər verir ki, "Krılya Sovetov"un üzvü 20-ci turda "Anji"yə 2:0 hesabı ilə qalib gəldikləri səfər oyununda komandasının sonuncu qolunun müəllifi olub. O, 88-ci dəqiqədə penaltidən fərqlənib. Beləliklə, 23 yaşlı hücumçu ardıcıl 3-cü matçda meydanı qolla tərk edib. R.Şeydayev bundan əvvəl "Lokomotiv" və "Yenisey"lə görüşlərdə fərqlənib.