"Rostov" klubunun yarımmüdafiəçisi Ayaz Quliyevin “Spartak”a keçidi rəsmiləşib.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb.
Rusiya mətbuatı bu transfer üçün "Spartak"in 1 milyon avro təzminat ödədiyini yazıb. 22 yaşlı oyunçunun isə ilinə 1.2 milyon avro qazanacağı iddia olunur.
Xatırladaq ki, A.Qulyev “Spartak”ın yetirməsidir. O, mövsümün əvvəlində məhz “Spartak”dan “Rostov”a keçmişdi.