Azərbaycanlı futbolçu Ayaz Quliyevin yeni klubunun adına aydınlıq gəlib.

Offsideplus.az-ın məlumatına görə, "Rostov"un yarımmüdafiəçisi Moskva "Spartak"ına qayıdıb.

"Rostov"un Antalya toplanışını tərk edən 22 yaşlı oyunçu Moskvaya qayıdıb. Quliyev "Spartak"la uzunmüddətli müqavilə bağladıqdan sonra komanda ilə birlikdə təlim-məşq toplanışı üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq. Bu keçid "Rostov"a 1 milyon avro qazanc gətirib. Ayazın yeni komandasında illik məvacibi isə 1,2 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Ayaz Quliyev "Spartak"ın yetirməsidir. O, "Rostov"a ötən yay məhz bu klubdan keçib.