"Rostov"un yarımmüdafiəçisi Ayaz Quliyev hazırkı klubunda qalmağa qərar verib.
Offsideplus.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, "Spartak" 22 yaşlı yarımmüdafiəçi ilə danışıqlar aparsa da, istəyinə nail ola bilməyib. Azərbaycanlı oyunçu baş məşqçisi Valeri Karpinin ilk dövrədə ona göstərdiyi etimadı nəzərə alaraq, "Rostov"da qalmağı üstün tutub.
Qeyd edək ki, "Spartak"ın Ayaz üçün 1 milyon avroluq təklifini "Rostov"un qəbul etdiyi iddia olunurdu.