"Rostov"un yarımmüdafiəçisi Ayaz Quliyev karyerasını yenidən Moskva "Spartak"ında davam etdirəcək.
Offsideplus.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, paytaxt klubu azərbaycanlı futbolçunun keçidi üçün "Rostov"la razılıq əldə edib. 22 yaşlı oyunçunun transferi "Spartak"a təxminən 800 min avroya başa gələcək.
Qeyd edək ki, "Spartak"ın yetirməsi olan Ayaz "Rostov"a bu mövsümün əvvəlində məhz Moskva təmsilçisindən keçmişdir.