"Spartak" “Rostov”un azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyevi transfer etməkdə israrlıdır.
Offsideplus.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, Moskva klubunun qarşıdakı iki transfer pəncərəsi dövründə 22 yaşlı oyunçu üçün 1 milyon avro ödəyərək onu geri qaytarmaq seçimi olduğu bildirilib.
Qeyd edək ki, bu mövsüm Premyer Liqada 14 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan futbolçu “Spartak”ın yetirməsidir. O, mövsümün əvvəlində məhz “Spartak”dan “Rostov”a 500 min avroya keçib.