Rusiyanın "Spartak” klubu yeni transferini gerçəkləşdirməyə yaxındır. 

Offsideplus.az xəbər verir ki, paytaxt klubu gən azərbaycanlı futbolçu Ayaz Quliyevi yenidən heyətinə qatmaq istəyir.

Moskva klubunun 22 yaşlı futbolçunu geri qaytarmaq üçün prioriteti var. Spartakın yetirməsi Rostova keçərkən müqavilədə bununla bağlı bənd yer alıb. Buna əsasən onlar 1 milyon ödəyərək yenidən Ayazı geri qaytara bilər.

Qeyd edək ki, həmyerlimiz keçən yay Spartakdan Rostova keçmişdi.