Azərbaycanlı futbolçu Ayaz Quliyevin çıxış etdiyi Rusiyanın "Rostov" klubunun səhmləri hərraca çıxarılıb.  

Offsideplus.az TASS-a istinadən xəbər verir ki, Rostov vilayətinin rəhbərliyi ilkin qiyməti 22,4 milyon rubl müəyyənləşdirib. Hərrac dekabrın 14-də yerli vaxtla saat 11:00-da başlayacaq. 

Klubun nizamnamə kapitalı 241 min 300 rubl, səhmlərinin ümumi sayı 241 min 300-dür. 1 səhmin nominal dəyəri 1 rubl olaraq qiymətləndirilib. 

Mətbuatda daha öncə klubda maaşların gecikməsi xəbərləri dərc olunub.  

Qeyd edək ki, "Rostov" Rusiya çempionatında 14 turdan sonra 23 xalla 4-cü pillədə qərarlaşıb.