İsveçrənin “Syon” klubunda forma geyinən sabiq “Barselona”lı Aleks Sonq mətbuata açıqlama verib.

Offsideplus.az xəbər verir ki, 2 il Rusiyanın “Rubin” klubunun şərəfini qoruyan kamerunlu futbolçu, İngiltərə mətbuatına açıqlamasında Kazan təmsilçisində yaşadığı çətinliklərdən danışıb:

“Rubin"lə müqavilə imzaladıqdan sonra mənə yeni ev alacaqlarını dedilər. Aylar keçmişdi, ancaq hələ də bir evim yox idi. Məni otelə yerləşdirmişdilər. Ev tikilir demişdilər, işləyənlərlə danışdıqda isə, onlar bir məlumatlarının olmadığını dedilər. Evsiz qalmışdım. Rusiyada yaxşı restoranlar var idi. Lakin orda bir dostum yox idi. Yeməyi tək yeyirdim. Özümü çox yalnız hiss edirdim. Artıq başımı itirirdim. Sıxıntıdan özümü öldürəcəkdim. Bütün günü telefonla oynayırdım.

Bir anda “Rubin” məvacibi çox olan futbolçularla yollarını ayırdı. Pullarını ödəyəcəklərini dedilər, ancaq ödəmədilər. Londonda banka borcum var idi. Bank pulunu istəyirdi, lakin verə bilmirdim. Çox çətin günlər idi. Sonra “Rubin”dən pulumu aldım və Avropaya qayıtdım. Ordan getdiyim üçün çox xoşbəxtəm. Rusiya bir ilimi məndən aldı”.

Karyerası ərzində “Arsenal”, “Barselona”, “Vest Hem”, “Rubin” kimi klublarda forma geyinən 31 yaşlı futbolçu, hazırda İsveçrənin “Syon” klubunun şərəfini qoruyur. Sonq 49 dəfə də Kamerun millisinin formasını geyinib.