Rusiyanın "Spartak" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib. 

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, kollektiv Oleq Kononova tapşırılıb. 52 yaşlı belaruslu mütəxəssislə sonradan daha bir il uzadıla bilməsi şərti ilə mövsümün sonunadək müqavilə bağlanılıb. Kononov bu postda Massimo Karreranı əvəzləyib. 

Qeyd edək ki, "Spartak" Premyer Liqada 14 turdan sonra 19 xalla 9-cu pillədə qərarlaşıb.