3-6 noyabr tarixlərində Latviyanın Riqa şəhərində fiqurlu konkisürmə üzrə 47-ci “Volvo” Açıq Kuboku baş tutub.

Offsideplus.az xəbər verir ki, Azərbaycanı sərbəst proqram üzrə yeniyetmə idmançımız Səbinə Əliyeva təmsil edib. 

İdmançımız ümumi nəticəyə əsasən 102.54 xal toplayaraq 13-cü pillədə qərarlaşıb.