Polşanın Qdansk şəhərində İSU yeniyetmələr üzrə Qran-Pri yarışı keçiriləcək.

 

Offsideplus.az xəbər verir ki, yarışlarda iştirak edən yeniyetmə fiqurlu konkisürənimiz Səbinə Əliyeva sentyabrın 29-da qısa proqramla çıxış edəcək.

Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasının sosial şəbəkə hesabı məlumat yayıb.

Qeyd edək ki, yarış sentyabrın 28-dən oktyabrın 1-dək davam edəcək.