Fiqurlu konkisürmə üzrə dünya çempionatında iştirak edən Azərbaycan idmançıları çıxışlarını yekunlaşdırıblar.

Offsideplus.az xəbər verir ki, atletimiz Vladimir Litvintsev sərbəst proqram üzrə son çıxışını edib.

O, öz qrupunda 233.62 xal toplayaraq 16-cı yerdə qərarlaşıb. Bundan öncəki qısa proqramda isə atletimiz 13-cü yerə sahib olub.

Martın 21-də start götürən dünya çempionatında Azərbaycan 4 idmançı - Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy ilə təmsil olunub.

Qeyd edək ki, Yekaterina Ryabova ilk qısa proqramda 9-cu yerə sahib olub. Sərbəst proqramda isə 10-cu yerə yüksəlsə də ümumi xallarının nəticəsinə görə 9-cu yerdə qərar tutub.