Xizək üzrə ikiqat olimpiya çempionu Petter Nortuq azadlığı ilə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb həbs edilən idmançının evində narkotik maddə tapılmasıdır. 34 yaşlı norveçli yol hərəkəti qaydalarını pozmaqda da ittiham olunur.

Bu səbəbdən məhkəmə Nortuqa 7 ay müddətinə həbsinə qərar verib.

Qeyd edək ki, P.Nortuq eyni zamanda ikiqat olimpiya çempionudur. O, 2 dəfə Dünya Kubokunun qalibi olub.