İsveçrənin Lozanna şəhərindəki Yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparmış Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova  çıxışından razı qalmayıb.

Offsideplus.az xəbər verir ki, 17 yaşlı idmançı Milli Olimpiya Komitəsinin rəsmi saytına açıqlamasında belə deyib:

“Çıxışımdan razı deyiləm. Daha yüksək nəticə əldə etmək istəyirdim, ifamda əskiklər var idi. Bir az hazırlıq səviyyəm, həyəcan və bəzi digər faktorlar mənə mane oldu. Yarışda Azərbaycanı təmsil etməkdən məmnunam. Dəstək üçün hamıya təşəkkür edirəm. 2022-ci il Pekin Qış Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacam. Ümid edirəm ki, azarkeşlər bunu görəcəklər".